Memarlıq və İnşaat Universitetinin elektron kitabxanası tələbələri dərsliklərlə təmin edir

Memarlıq və İnşaat Universitetinin elektron kitabxanası tələbələri dərsliklərlə təmin edir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsi də yeni qaydalara uyğun olaraq onlayn rejimdə çalışır.
Onlayn rejimdə işləyən kitabxana həm bakalavr, həm də magistratura səviyyələrində təhsil alan tələbələri dərslik və dərs vəsaitləri ilə təmin edir.
Şöbənin müdiri Aytən Rəhmanova müəllim və tələbələrlə [email protected] elektron poçt vasitəsilə mütəmadi əlaqə saxlayır, tələbələrin şöbəyə yönləndirilən sual və sorğuları maksimum şəkildə cavablandırılır. Onların lazımi dərslik, dərs vəsaitləri, mühazirələr, ümumiyyətlə universitetin elektron bazasında olan resurslarından səmərəli istifadəsinə şərait yaradılır.

Tehsil-press.az

Oxşar xəbərlər