Bu gün nə qədər peyvənd vurulub?

Bu gün nə qədər peyvənd vurulub? Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 572 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə 41 623 nəfərdir.
Vaksinasiyadan keçənlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə isə 3 971 249 nəfər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər