Kanadada bu tarixdə yeni hökumətin tərkibi açıqlanacaq

Kanadada bu tarixdə yeni hökumətin tərkibi açıqlanacaq Kanadanın Baş naziri Castin Trüdo oktyabrın 25-də yeni hökumətin tərkibini açıqlayacaq.
Bu barədə CBC kanalı məlumat yayıb. Bildirilir ki, hökumətdə yeni simalar təmsil olunacaq, keçmiş nazirlərin bəziləri kabineti tərk edəcək. O cümlədən müdafiə naziri Harcit Sinqx Sacan vəzifəsindən gedəcək, onu qadın əvəz edəcək.
Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya Parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanmağı bacardı ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan verdi.

Tehsil-press.az

Oxşar xəbərlər