Xəzər Universiteti İstanbulda keçirilən beynəlxalq konfransda təmsil olunub

Xəzər Universiteti İstanbulda keçirilən beynəlxalq konfransda təmsil olunub İstanbul Aydın Universitetində keçirilən “Türk cümhuriyyətlərinin müstəqilliyinin otuz ili” adlı beynəlxalq konfransda Xəzər Universiteti təmsil olunub.
Tədbirdə İstanbul Aydın Universitetinin Tarix bölümü müdiri professor Abdulhaluk Mehmet Çay, Qazaxıstan Əl-Farabi Milli Universiteti Ümumi dillər və türkologiya bölümünün müəllimi dosent Oraz Sapaşev və digər elm adamları çıxış ediblər.
Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Quliyev çıxışında türk dünyasında müstəqillikdən sonra yaşanan hadisələr, türk dövlətlərinin inteqrasiyası və onların qarşısında duran problemlərlə əlaqədar mülahizələrini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər