Türk dünyasında beynəlxalq əlaqələr müzakirə olunub

Türk dünyasında beynəlxalq əlaqələr müzakirə olunub Türkiyənin Niğdə şəhərində yerləşən Ömər Halisdəmir Universitetində "Türk dünyasında beynəlxalq əlaqələr, Türkiyə-Qazaxıstan-Azərbaycan" mövzusunda konfrans keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərviz Səmədov tədbirdə “Mevlanə mübadilə proqramı” çərçivəsində iştirak edib.
Konfransda Niğdə Universitetinin iqtisadiyyat fakültəsinin dekanı, professor Haluk Bengüy, L.N.Qumilyov adına Avrasiya Milli Universitetindən Baurjan Mustafayev, türk dünyasının tanınmış politoloqu Çiğdem Şahin, UNEC-in müəllimi Pərviz Səmədov və başqaları çıxış ediblər.
Məruzələrdə türk dünyası dövlətləri arasında inkişaf edən mədəni-mənəvi əlaqələrə toxunulub, elmi əməkdaşlığın vacibliyi vurğulanıb, universitetlər arasında mübadilə proqramlarının önəmi qeyd olunub.
Tədbirdə Türkiyə-Azərbaycan, Türkiyə-Qazaxıstan əlaqələri və digər mövzular ətrafında müzakirələr aparılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər