BMU tələbələri Metyu Brayza ilə keçirilən müzakirələrə qatılıb

BMU tələbələri Metyu Brayza ilə keçirilən müzakirələrə qatılıb Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev və universitetin tələbələri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Vətən müharibəsinin bir illiyi: müharibədən sonra inkişaf və perspektivlər” mövzusunda ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ilə keçirilən görüşdə iştirak ediblər.
Görüşə YAP Gənclər Birliyinin üzvləri və fəal gənclər qatılıblar.
Videokonfrans formatında baş tutan görüşün moderatoru YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina olub.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov açılış nitqi ilə çıxış edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi, eyni zamanda yenilməz Azərbaycan ordusunun şücaəti ilə əldə edilən Zəfərdən danışıb.
Sonra Metyu Brayza Azərbaycanda səfir olduğu müddətdə fəaliyyəti haqqında məlumat verib. Sabiq səfir, eyni zamanda, postmünaqişə dövründə regiondakı siyasi və iqtisadi perspektivlər, bölgədəki sülh prosesinin inkişafı və bu prosesin sürətləndirilməsi üçün atılacaq addımlara dair öz fikirlərini bölüşüb.
YAP-ın və YAP Gənclər Birliyinin facebook səhifələrindən canlı yayımlanan görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər