Metyu Brayza: Enerji ehtiyatlarına nəzarət ABŞ-ın hədəfi deyil

Metyu Brayza: Enerji ehtiyatlarına nəzarət ABŞ-ın hədəfi deyil ABŞ-ın xarici siyasətinin bir hissəsi enerji ehtiyatlarına çıxışın, onların dünya bazarına çıxarılmasının və istehlakçılara tədarükünün təmin olunmasından ibarətdir.
Təhsil-press.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bununla belə ABŞ öz qarşısına enerji ehtiyatlarına nəzarət olunması məqsədini qoymayıb və hətta ABŞ-ın enerji şirkətləri ölkə hökumətinin nəzarəti altında deyil.
M.Brayza qeyd edib ki, bu strategiya çərçivəsində ABŞ Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-
Ərzurum boru kəmərləri layihələrini dəstəkləyib, hazırda isə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək göstərir.

Təhsil-press.az

Oxşar xəbərlər