ABŞ-da koronavirusdan ölənlərin sayı 800 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 800 mini ötüb ABŞ-da koronavirusdan ölənlərin sayı 800 min nəfəri ötüb.
Bu barədə Trend federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinə istinadən xəbər verir.
Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 800 266 nəfərə çatıb.
Ötən gün ABŞ-da koronavirusla bağlı daha bir antirekord qeydə alınmışdı - koronavirusa yoluxanların sayı 50 milyonu ötmüşdü.

Tehsil-press.az


Oxşar xəbərlər