Ombudsman Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ilə bağlı növbəti iclasda iştirak edib

Ombudsman Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ilə bağlı növbəti iclasda iştirak edib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması məqsədilə keçirilmiş növbəti onlayn iclasda iştirak edib.
Azərbaycan Ombudsmanı S.Əliyeva Türkiyə Baş Ombudsmanı, Qazaxıstan və Özbəkistan ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edərək, Türk Dövlətləri Təşkilatının cari ilin 12 noyabr tarixində keçirilən 8-ci zirvə görüşünün əhəmiyyəti barədə danışıb. Həmin görüşün təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənərək yeni bir mərhələyə girməsi baxımından olduqca önəmli olduğu vurğulanıb.
S. Əliyeva sözügedən zirvə görüşünün türkdilli dövlətlər arasında bütün istiqamətlər üzrə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə təkan verdiyini qeyd edib. Bu baxımdan Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin əsasnaməsinin qəbulu prosesinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayan Ombudsman həmin əsasnamə ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanı Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması istiqamətində aktiv fəaliyyət həyata keçirib və hazırda da bu fəaliyyəti davam etdirməkdədir.
İclas iştirakçılar arasında müzakirə ilə davam etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər