Neft və Sənaye Universitetinin tələbələri üçün SƏTƏM təlimi keçirilib

Neft və Sənaye Universitetinin tələbələri üçün SƏTƏM təlimi keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) PAŞA Bank tərəfindən SƏTƏM təlimi (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) keçirilib.
Onlayn təlimdə PAŞA Bankın SƏTƏM üzrə mütəxəssisi Orxan Baxşıyev təqdimat edib.
O.Baxşıyev sənaye müəssisələrində əməyin təhlükəsizliyi, xüsusən də neft və qaz sənayesində baş verə biləcək təhlükələrin qarşısının alınması və təhlükəli vəziyyətlərdə davranış qaydaları haqqında tələbələrə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər