Dövlət İmtahan Mərkəzi: “TOEFL iBT Propell” praktik təlimi başa çatıb

Dövlət İmtahan Mərkəzi: “TOEFL iBT Propell” praktik təlimi başa çatıb Dövlət İmtahan Mərkəzinin “ETS Global” təşkilatı ilə birgə ESL (ingilis dili ikinci dil kimi) müəllimləri üçün təşkil etdiyi üçgünlük “TOEFL iBT Propell” praktik təlimi başa çatıb.
“The Propell® Workshop for Teachers” peşəkar inkişaf proqramının əsas məqsədi inteqrativ bacarıqlara dair yanaşmadan istifadə edərək müəllimləri dil öyrətmək üçün faydalı təlim metodları və strategiyaları ilə tanış etməkdir.
Təlim iştirakçıları “TOEFL iBT®️” imtahanının oxu, yazı, dinləmə və danışıq bölmələrində istifadə edilən sualların tipi, eyni zamanda, qiymətləndirmə meyarları barədə məlumatlandırılıb. Təlimçi Yasemin Arşin hər dörd bacarıq üzrə real imtahan nümunələrindən istifadə edərək iştirakçılara praktik tapşırıqlar verib və onlar bu nümunələri ölçmə meyarlarına uyğun qiymətləndiriblər. İştirakçılar təlimçi tərəfindən təqdim edilən onlayn materiallardan bütün sessiyalarda aktiv istifadə edərək müzakirələrə qoşulublar. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.
İştirakçılar təlimi yüksək qiymətləndiriblər və hər 3 sessiyada iştirak edən 110 nəfərə sertifikat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər