Peşə Təhsili üzrə Dövlət Agentliyi: Barista ixtisası üzrə qısamüddətli təlim təşkil olunacaq

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Barista ixtisası üzrə qısamüddətli təlim təşkil olunacaq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi barista ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edir.
Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimdə iştirak üçün elektron ərizələrin qəbulu 2022-ci il yanvarın 10-dək aparılacaq.
Təlimlərə barista ixtisası üzrə işləmək istəyən şəxslər müraciət edə bilərlər. Seçim zamanı təlimdə iştirak etmək motivasiyası nəzərə alınacaq, həmçinin qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Təlim zamanı iştirakçılara qəhvənin tarixi, üyüdülmə və dəmlənmə prosesləri, “espresso” maşınının hissələri, ondan istifadə qaydaları, südün növləri, seçilməsi və köpükləndirilməsi, “espresso” qəhvə içkilərinin hazırlanması, qonaqlara qəhvə xidmətinin göstərilməsi və satışı üzrə bilik və bacarıqlar öyrədiləcək. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər