
Görüşün qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir, şair-dramaturq Baba Vəziroğlu olub. Tədbirdə TGT üzvü Cahan İsmayılova şairin həyat və yaradıcılığı haqqında məlumat verib.
Baba Vəziroğlu “Cənab Ali Baş Komandan” və “Xatirə” şeirlərini söyləyib, yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov şair Baba Vəziroğlunun yaradıcılığının əhəmiyyətindən danışıb.
Həmin fakültənin II kurs tələbəsi Zəkiyyə Məmmədova şairin “Gəl unut görüm” şeirini səsləndirib.
Sonra şair tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az