Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir açıq elan edib, Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verib.
Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Varis Yolçuyev, Nazir Rüstəm, Namiq Məna, İbrahim İlyaslı, bədii-qiraətçi Məleykə Alıqızı, Aynur Qafarlı,j urnalist Xatirə Əziz Rəhimli, gənc yazar Səidə Qasımzadə çıxış edib, şairin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söyləyiblər.
AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə layihəsi olan Sabir Sarvan adına Uşaq Poeziya teatrının üzvlərindən İlahə Bağıyeva, Xoşqədəm Bağıyeva və Ayan Ağayevanın ifasında səslənən şeirlər, Corat Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü İbrahim Fərzəliyevin oxuduğu mahnılar məclisə başqa bir ovqat bəxş etib.
Sonda Vahid Əziz tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, öxucuların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb, yeni şeirlərini oxuyub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilibAzərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilibAzərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib

Oxşar xəbərlər