
Sumqayıt şəhər Poeziya evində baş tutan tədbirin aparıcısı filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu Zahid Xəlilin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.
Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, Sumqayıt şəhər 27 saylı məktəbin direktoru Valid Mustafayev, jurnalist Rəhman Orxan və digərləri çıxış edib, şair haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər.
Sonra Nizami Gəncəvi adına Kitabxana Klubun fəal oxucularının ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib.
Daha sonra Mərkəzi uşaq kitabxanasının əməkdaşlarının şairin “Mən tülküyəm” nağıl-poeması əsasında hazırladıqları kukla tamaşası, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının “Yeddi rəngli muncuq” şeiri əsasında hazırladıqları səhnəcik nümayiş olunub və maraqla qarşılanıb.
Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.
Tədbirdə şairin həyatı və yaradıcılığını əks etdirən “Balalara hədiyyə” başlıqlı sərgi nümayiş olunub.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti





