Professor Hamlet İsaxanlı tələbələrə ali təhsilin idarə olunmasında dünya təcrübəsindən danışıb
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramı üzrə təhsil alan tələbələrə “Ali təhsilin idarə olunması” mövzusunda mühazirə oxuyub.
H.İsaxanlı tələbələrə Xəzər Universitetinin yaranması və idarə edilməsindən, eləcə də ali təhsilin idarə olunmasında dünya təcrübəsindən danışıb.
Məruzə ilə bağlı müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az
- Baxış: 3000
Xəbərin tarixi: 10.01.2022 / 08:27
-
Oxşar xəbərlər