Təhsil Nazirliyi: Çində təhsil təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb

Təhsil Nazirliyi: Çində təhsil təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb 2022-2023-cü tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Çində təhsil təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb.
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, təqaüd proqramına müraciətlərin qəbulu yanvarın 12-si saat 12:00-dək davam edəcək.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər