Pedaqoji Universitetin yubiley nəşrləri haqqında “Vikipediya”da məqalələr yaradılıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən bu ali təhsil müəssisəsinin yubiley nəşrləri seriyasına daxil olan 8 kitab haqqında “Vikipediya”nın Azərbaycan seqmentində məqalələr yaradılıb.
“Vikipediya”da sistematikliyi təmin etmək üçün məqalələr “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley nəşrləri” adlı kateqoriyada birləşdirilib.
Məqalələr şöbənin redaktoru Taleh Mirzəyev tərəfindən hazırlanıb.
Tehsil-press.az
- Baxış: 1836
Xəbərin tarixi: 18.01.2022 / 10:17
-
Oxşar xəbərlər