“Vikipediya”da İkinci Dünya müharibəsində döyüşən milli Azərbaycan diviziyaları haqqında məqalələr yaradılıb

“Vikipediya”da İkinci Dünya müharibəsində döyüşən milli Azərbaycan diviziyaları haqqında məqalələr yaradılıb AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən İkinci Dünya müharibəsində döyüşən milli Azərbaycan diviziyaları haqqında məqalələr yaradılıb.
“Vikipediya”nın Azərbaycan dili bölməsində 223-cü atıcı diviziya (2-ci komplektləşmə), 402-ci atıcı diviziya, 77-ci dağatıcı diviziya, 77-ci atıcı diviziya (2-ci komplektləşmə) haqqında məqalələr yaradılıb. Məqalələrdə milli diviziyalarımızın döyüş yolu, yaranması, heyəti, komandirləri və fərqlənmiş döyüşçüləri haqqında ətraflı məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər