
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, könüllülər tərəfindən şair Fərhad İbrahimi haqqında türk, Təbriz bəylərbəyliyi, Abşeron xalçaçılıq məktəbi, “Quba” gəmisinin dənizçilərinə qoyulmuş abidə, Monolit bina, Birinci Nügədi kənd məscidi, professor Vaqif Sultanlı haqqında isə rus, tacik və ingilis dillərində məqalələr yaradılıb. Eyni zamanda, “Cırtdanın nağılı” özbək, ispan, portuqal, niderland və digər dillərdə yaradılaraq “Vikipediya”da yerləşdirilib.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
Tehsil-press.az