Neçə nəfər peyvənd olunub?

Neçə nəfər peyvənd olunub? Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 586 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, “buster” doza üzrə isə 18 422 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 125, ikinci mərhələ üzrə 4 729 272 nəfər təşkil edir. Ümumilikdə isə 1 840 444 “buster” doza vurulub.

Tehsil-press.az

Oxşar xəbərlər