Kanada da Çində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmaq qərarına gəlib.
Bu barədə Kanada hökumətinin başçısı Castin Trüdo bildirib. “Bu gün biz elan edirik ki, bu qış Pekində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndələr göndərməyəcəyik”, - deyə Trüdo bildirib.
Baş nazirin sözlərinə görə, kanadalı idmançılar Olimpiadada iştirak edəcəklər.
Xatırladaq ki, Çində insan haqlarının pozulması ilə əlaqədar ABŞ, Avstraliya və Böyük Britaniya da Olimpiya oyunlarını diplomatik boykot ediblər.
Tehsil-press.az