Prezident İlham Əliyevin rəhbərliyi atlında Azərbaycan gəncliyi qızıl dövrünü yaşayır - Sevil Mikayılova

Prezident İlham Əliyevin rəhbərliyi atlında Azərbaycan gəncliyi qızıl dövrünü yaşayır - Sevil Mikayılova Prezident İlham Əliyevin rəhbərliyi atlında Azərbaycan gəncliyi qızıl dövrünü yaşayır.
S.Mikayılova bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Gəncləri Günü elan edilib. Həmin tarixdən etibarən Azərbaycanda fevralın 2-si Gəncləri Günü kimi qeyd olunur.
"Bu gün Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan birincisi sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti ilə əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu", - deyə S.Mikayılova əlavə edib.
S.Mikayılova qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
"Bu gün Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir", - deyə deputat qeyd edib.
Sevil Mikayılova Azərbaycanda gənclərin pandemiya ilə mübarizədə də aktiv iştirak etdiyini vurğulayaraq bildirib ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olublar.
"Gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər", - deyə o qeyd edib.
Sonda Milli Məclisin deputatı onu da əlavə edib ki, Azərbaycan üçün əsas başlıca məsələlərdən biri azad edilən torpaqlarımızın yenidən qurulması və bərpasıdır. Doğma torpaqlarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər