Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi olmaq istəyənlərin nəzərinə!

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi olmaq istəyənlərin nəzərinə! Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 24 fevral 2022-ci il tarixinədək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.
Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər