
Tədbiri açan ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində həyata keçiriləcək layihələrdən danışıb, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşında əbədi həkk olunduğunu bildirib.
Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva isə 30 il əvvəl ermənilərin törətdikləri qırğınlardan ətraflı söz açıb.
ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.
Tehsil-press.az