Pedaqoji Universitetdə tədbir: “Unudulmayan Xocalı”

Pedaqoji Universitetdə tədbir: “Unudulmayan Xocalı” Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatı tərəfindən “Unudulmayan Xocalı” adlı görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə ADPU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev faciəyə tarixi aspektdən yanaşaraq, ermənilərin 30 il əvvəl törətdiyi kütləvi qırğınlardan bəhs edib, Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, eyni zamanda, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb.
Daha sonra tələbələrin suallarını cavablandıran C.Xanəliyev müasir gəncliyimizin öz tarixinə, milli-mənəvi dəyərlərimizə bağlı yetişdirilməsinin önəmini diqqətə çatdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər