DİM ümumi imtahan rəhbəri qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir

DİM ümumi imtahan rəhbəri qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir Dövlət İmtahan Mərkəzi (DİM) ümumi imtahan rəhbəri qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir.
Təlimlərdə DİM tərəfindən imtahanlara cəlb olunan Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının əməkdaşları, həmçinin dövlət qurumları, idarə və təşkilatlarda, təhsil müəssisələrində çalışan şəxslər iştirak edirlər.
Görüşdən əvvəl iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olurlar. Daha sonra onlara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barədə məlumat verilir.
Təlimlər səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, idarəetmə qabiliyyəti, çətin situasiyalarda qərarvermə bacarığı, eləcə də etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, ümumi imtahan rəhbərlərinə DİM-in müxtəlif layihələri haqqında məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, imtahanların texnologiyası, bina və auditoriyaların idarə edilməsi, imtahan prosesinə cəlb olunan şəxslərin vəzifə və funksiyaları haqqında məlumatlar verilir və fikir mübadiləsi aparılır.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün təlimlər kiçik qruplarla keçirilir və bir neçə gün davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər