Dünya şöhrətli pianoçu Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçib

Dünya şöhrətli pianoçu Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçib Fransada yaşayan həmyerlimiz, Əməkdar Artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi ilə görüşüb.
Adilə Əliyeva ali məktəbin tələbələrinin ifasında yerli və xarici bəstəkarların əsərlərini dinləyib. Həmyerlimiz keçdiyi ustad dərsində sənəti ilə bağlı təcrübəsini bölüşüb, gənc musiqiçilərə məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, Adilə Əliyeva 25 ildir Fransada yaşayır və Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. İyirmi iki ildir ki, onun adına Fransa və İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi təşkil olunur. Otuzdan çox kompakt diskin müəllifi olan pianoçu 50-dən artıq ölkənin konsert salonunda çıxış edib.

ADMİU-nun Mətbuat Xidməti


Dünya şöhrətli pianoçu Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçibDünya şöhrətli pianoçu Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçibDünya şöhrətli pianoçu Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçib


Oxşar xəbərlər