Pedaqoji Universitetdə tədbir: “Ana harayı”

Pedaqoji Universitetdə tədbir: “Ana harayı” “Hədəf 10 faiz” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) “SABAH” qruplarının, İncəsənət və fiziki tərbiyə fakültəsi təşkilatları və ART-Klubun birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evində “Ana harayı” adlı tədbir keçirilib.
Tədbiri açan ATGTİ-nin sədr müavini, ADPU TGT-nin sədri İsmayıl Nəsirov Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər haqqında məlumat verib və gənc nəslin bu soyqırımına kifayət qədər həssas yanaşmalı olduğunu qeyd edib.
Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova faciə qurbanlarının əziz xatirəsinin hər zaman bu və ya digər səpgili tədbirlərlə yad edilməsinin mütəmadi xarakter daşımasının önəmini vurğulayıb.
Daha sonra “Ana harayı” abidəsinin müəlliflərindən biri, heykəltaraş Ağa Mahmud Rüstəmov, abidənin layihə rəhbəri Camal Rəşid Əlizadə tələbələrin suallarını cavablandırıblar.
Eyni zamanda, tədbirdə Pedaqoji Universitetin tələbələrinin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar çəkdiyi rəsmlər nümayiş etdirilib və rəsm müəllifləri mükafatlandırılıb.
Sonda “Xocalı bir millətin kədəri” sənədli filmi nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər