Xəzər Universitetində Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək

Xəzər Universitetində Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək Mayın 26-27-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək.
Konfransın məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tələbə, magistrant və doktorantları bir araya gətirmək, elmi nailiyyətləri və təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər