Azərbaycan Universitetində gənc tədqiqatçıların ikinci respublika konfransı keçiriləcək

Azərbaycan Universitetində gənc tədqiqatçıların  ikinci respublika konfransı keçiriləcək Azərbaycan Universitetində gənc tədqiqatçıların ikinci respublika konfransı keçiriləcək. Müəlliflər üçün təlimat və konfrans haqqında daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib.
15 mart 2019-cu il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.
Konfransda iştirak etmək arzusunda olanlar məqalələrini fevralın 20-dək konrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 mart 2019-cu ildir.
Ətraflı məlumat üçün Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 126) E-poçt: [email protected] Konfransın səhifəsinə keçid: http://au.edu.az/az/menu/288/

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində gənc tədqiqatçıların  ikinci respublika konfransı keçiriləcək

Oxşar xəbərlər