Azərbaycanda meşədə baş verən güclü yanğın söndürülüb
24 mart 2018-ci il tarixində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş vermiş yanğın saat 22-50 radələrində söndürülüb.
Yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib.
Həmçinin Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 00:00 radələrində tam söndürülüb.
Tehsil-press.az
- Baxış: 5805
Xəbərin tarixi: 26.03.2018 / 14:42
-
Oxşar xəbərlər