Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək

Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək ABŞ prezidenti Donald Tramp noyabrın 17-si Kaliforniya ştatında meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək.
Bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi Lindsi Uoters bildirib.
L.Uoters deyib: "Prezident şənbə günü yanğınlardan zərərçəkənlərlə görüşmək üçün Kaliforniyada gedəcək".
Xatırladaq ki, Kaliforniya ştatında meşə yanğınları 59 nəfərin ölümünə səbəb. Onlardan 56-sı ştatın şimalında, 3-ü isə cənubunda ölüb. Bundan əlavə 100-dən artıq insan itkin düşmüş sayılır.

Tehsil-press.az

Oxşar xəbərlər