Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq üçün sənəd qəbulu aparılır

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq üçün sənəd qəbulu aparılır “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturaya dair 2022-ci il üzrə sənəd qəbulu prosesi davam edir.
Proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 15-i saat 23:59-dək davam edəcək.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib. Hər hansı əlavə sual yarandığı zaman [email protected] mail ünvanına müraciət etmək mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər