ABŞ-ın dövlət katibi nazir Mövlud Çavuşoğlunu Vaşinqtona dəvət edib

ABŞ-ın dövlət katibi nazir Mövlud Çavuşoğlunu Vaşinqtona dəvət edib NATO məkanında təhlükəsizliyi gücləndirmək əsas hədəflərimizdəndir. ABŞ Dövlət Departamentinin F-16 qırıcılarının satışı ilə bağlı konqresə məktub yazmasını yüksək dəyərləndiririk. F-16 qırıcılarının satışının davam etməsi və modernləşdirilməsi mühüm məsələdir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirlərinin Brüsseldə təşkil olunan toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.
Gündəlikdə duran məsələlər, eləcə də qonşu ölkələrlə münasibətlər barədə geniş məlumat verən nazir diqqətə çatdırıb ki, ABŞ-Türkiyə xarici işlər nazirləri səviyyəsində müzakirələr aparmaq məqsədilə dövlət katibi Entoni Blinken onu mayın 15-də Vaşinqtona dəvət edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında 2021-ci ilin oktyabrında Romada keçirilmiş görüşdə əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə-ABŞ Strateji Mexanizminə aprelin 4-də Ankarada start verilib. Bu barədə ortaq rəsmi açıqlamaya görə, Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində xarici işlər nazirləri səviyyəsindəki görüşün bu il keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər