Xaricdə könüllülük və ödənişli təcrübə proqramları haqqında məlumat sessiyası təşkil olunacaq

Xaricdə könüllülük və ödənişli təcrübə proqramları haqqında məlumat sessiyası təşkil olunacaq AIESEC Azərbaycan və Xəzər Universitetinin əməkdaşlığı çərçivəsində aprelin 15-də xaricdə könüllülük və ödənişli təcrübə proqramları haqqında məlumat sessiyası keçiriləcək.
Sessiyada yerli və könüllülük proqramları, həmçinin xaricdə təcrübə proqramları və onlara müraciətlə bağlı məlumat veriləcək.
Qeyd edək ki, məlumat sessiyasında iştirak ödənişsizdir. Tədbirdə iştirak etmək üçün Xəzər Universitetinin saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər