
Konfransda Xumar Ələkbərovanın “Müsəlman ərəb qadınların səsini təmsil edən yazıçı Səlva Bəkr” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Şərqşünas alim misirli yazıçının əsərləri əsasında bu gün əksər müsəlman qadınların ailədə, cəmiyyətdə üzləşdikləri problemləri, qarşılarına çəkilən süni sədləri, haqlarının tapdalanmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Məruzədə misirli yazıçının bütün yaradıcılığı boyu izlənilən cəmiyyəti islah etmək çağırışları xüsusi vurğulanıb.
Tehsil-press.az