İlahiyyat İnstitutunun tələbələrinə Özbəkistan Beynəlxalq İslam Akademiyası haqqında məlumat verilib

İlahiyyat İnstitutunun tələbələrinə Özbəkistan Beynəlxalq İslam Akademiyası haqqında məlumat verilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin tələbə və müəllim heyətinə seminar təşkil olunub.
Tədbirdə Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) əməkdaşları məruzə ilə çıxış ediblər.
ÖBİA-nın Xarici tələbələrlə iş üzrə şöbəsinin müdiri Navruzbek Abdullajonov təmsil etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və qarşıda duran hədəfləri haqqında geniş məlumat verib. Qeyd olunub ki, təhsil müəssisəsi 2018-ci il aprelin 16-da yaradılıb. N.Abdullajonov bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ixtisaslar, tədris edilən fənlər, həmçinin Özbəkistanda dini sahədə aparılan islahatlar, habelə konfessiyalar barədə danışıb. O, Özbəkistanın böyük alimlərin vətəni olduğunu qeyd edərək, İmam Buxari, İmam Tirmizi, İmam Maturidi və digərləri haqqında ətraflı məlumat verib.
Akademiyanın müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nilufar Batirova İslam bankçılığı haqqında məruzə edib. Məruzəçi İslam bankçılığında murabəhədən istifadənin səmərəliliyi və onun digər banklarda istifadə formaları haqqında danışıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər