
İlk seminar bu gün Memarlıq fakültəsində təşkil olunub. Fakültənin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Lalə Əzimova “Tədrisdə yeni metodlar” mövzusunda təqdimat edib. O, təqdimatında dərsin maraqlı təqdim olunması, tələbələr tərəfindən daha tez mənimsənilməsi üçün tətbiq etdiyi yeni metodikadan danışıb, öz təcrübəsini bölüşüb.
Silsilə seminarların keçirilməsində məqsəd tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsullar, yeni yanaşmalar, onların düzgün tətbiqi istiqamətində müəllimləri maarifləndirmək, eyni zamanda, müəllimlər tərəfindən təcrübə mübadiləsinin təmin olunmasıdır. Növbəti seminarların universitetin digər fakültələrində keçirilməsi nəzərdə tutulub.
Tehsil-press.az