
Fondun üzvü olan müxtəlif ölkələrin universitetlərinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd “Life Beyond Tourism” hərəkatının fəaliyyəti, “Dünya Florensiyada” adlı sərginin açılışı və AzMİU-nun təqdim etdiyi işlərin sərgilənməsi idi.
Tədbirin açılışı günü AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın salamlama videoçarxı nümayiş olunub. Rektor Fondun işinə uğurlar arzulayıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşıda duran perspektivlərdən danışıb.
AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva tədbirdə “Pandemiyadan sonra irsin qorunması: yeni tendensiyalar və yanaşmalar” mövzusunda məruzəsini təqdim edib. Həmçinin Memarlıq fakültəsinin tələbələrinin “Şəkinin mədəni və memarlıq irsi” adlı təqdimatı nümayiş olunub.
Tehsil-press.az