Azərbaycan-Ukrayna IV beynəlxalq elmi konfransında124 məruzə dinlənilib

Azərbaycan-Ukrayna IV beynəlxalq elmi konfransında124 məruzə dinlənilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV beynəlxalq elmi konfransı keçirilib.
Azərbaycan, Ukrayna, Türkiyə, Qazaxıstan, Polşa, Xorvatiya, Gürcüstan və Hindistandan 300-ə yaxın alimin qoşulduğu konfransda 124 məruzə dinlənilib.
Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Ukraynanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Sergey Xabenko, Kiyev İnşaat və Memarlıq Milli Universitetinin rektoru, professor Pyotr Kulikov, AzMİU-nun kafedra müdiri, professor Elbay Qasımzadə konfransın işinə uğurlar arzulayıblar. Konfransın aktual mövzuya həsr olunduğunu vurğulayan AzMİU-nun rektoru qeyd edib ki, bu gün tikinti istehsalatının sürətli inkişafını müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. Ona görə də tikinti sektorunda innovasiya potensialının artırılması artıq dövlət priоritetlərinindən birinə çevrilib. O, inkişaf edən ölkəmizdə inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, dünyada kəşf olunan müasir texnika və texnologiyaların respublikamızın tikinti sektoruna uğurla tətbiq edildiyini vurğulayıb.
AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professoru Şəhla Qəhrəmanovanın, Poltava Milli Texniki Universitetinin dosenti Yelena Filonenkonun məruzələri dinlənilib. Ş.Qəhrəmanova “Qarabağın dağıdılmış şəhər və qəsəbələrinin bərpası problemləri” adlı məruzəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni faşistlərinin törətdiyi vəhşiliklərdən, şəhər və kəndlərimizin yerlə-yeksan olunmasından danışıb, Azərbaycan dövlətinin bu gün həmin yerlərdə apardığı quruculuq işlərinə toxunub.

Tehsil-press.az


Oxşar xəbərlər