
Görüşdə universitetin Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova ADNSU-da təhsilin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti haqqında qısa videosüjet izlənilib.
Sonra mütəxəssislər tələbələr üçün iş imkanları, işə qəbul qaydaları ilə bağlı geniş məlumat veriblər. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” QSC-nin işə qəbul şöbəsinin əməkdaşları müvafiq ixtisaslar üzrə vakansiyalar haqqında tələbələri məlumatlandırıblar.
Suallar cavablandırılıb.
Tehsil-press.az