AzTU ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış müqavilə üzrə görüləcək işlər müzakirə edilib

AzTU ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış müqavilə üzrə görüləcək işlər müzakirə edilib “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Görüşdə AzTU ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görüləcək işlər müzakirə edilib. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun imzalanmış mövcud müqavilənin prinsiplərindən danışılıb.
Müqavilədə dəmir yolu nəqliyyatı sahəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, tələbələr üçün təqaüdlərin təsis edilməsi, elmi-tədqiqat işlərinin birgə keçirilməsi, elmi-tədqiqat laboratoriyalarının yaradılması və s. məsələlər nəzərdə tutulub.

AzTU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər