
Mişel Deneken UFAZ-da açılacaq Frankofon Karyera Mərkəzi ilə tanış olub. Sonra UFAZ tələbələri üçün ADNSU, Strasburq Universiteti və Fransa səfirliyi arasında doktorantura təqaüdü sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, UFAZ Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universiteti tərəfindən birgə idarə olunur. Mühəndislik sahəsində mütəxəssislər hazırlayan təhsil müəssisəsinin bu il ilk dəfə magistratura pilləsi üzrə və 3-cü dəfə isə bakalavr pilləsi üzrə məzunları olacaq.
Tehsil-press.az