BMT: Ukraynalı qaçqınların sayı 5,5 milyon nəfəri ötüb

BMT: Ukraynalı qaçqınların sayı 5,5 milyon nəfəri ötüb Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edərək qonşu ölkələrə sığınan qaçqınların sayı 5,5 milyon nəfəri ötüb.
Bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb.
Mayın 1-nə olan məlumata görə, Ukraynanı 5 milyon 539 min 184 nəfər tərk edib. Son iki sutka ərzində qonşu ölkələrin sərhədlərini keçən ukraynalıların sayı 70 min 555 nəfərə çatıb.
Ukraynalıların əksəriyyəti Polşaya üz tutub. Hazırda bu ölkədə 3 milyon 56 min 826 nəfər qaçqın yerləşib. Rumıniyaya 825 min 874, Macarıstana 530 min 157 ukraynalı qaçqın gəlib.

Tehsil-press.az


Oxşar xəbərlər