
İnstitutunun direktoru, professor Nazim Müzəffərli konfransda “İqtisadi inkişaf strategiyası seçiminə yanaşmalar” mövzusunda məruzə edib.
Professor Nazim Müzəffərli məruzəsində İqtisadiyyat İnstitutunda aparılan İS(S)İ İndeksi elmi tədqiqatları və onun nəticələri, dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsinin ölçülməsi, qiymətləndirilməsi, dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifləşdirilməsindən bəhs edib. İnstitutda öyrənilən 95 ölkə üzrə iqtisadiyyatların liberallıq və dirijistlik səviyyəsi, onların başlıca xüsusiyyətləri, sağçı və solçu ölkələrin fərqli inkişaf səviyyəsi barədə danışıb. Bildirib ki, institutun qiymətləndirmələrinə görə, Azərbaycan aralıq iqtisadiyyat modelinə malikdir. Böhran dövrlərində adətən dövlətlərin iqtisadiyyata müdaxiləsi artır ki, yaxın 2 ildə bu prosesin müşahidə olunacağı gözləniləndir. Bununla belə, uzunmüddətli dövr üçün Azərbaycanda liberal iqtisadi islahatlar davam etdirilməlidir.
Onlayn konfransa AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da qatılıblar.
Tehsil-press.az