Dövlət Proqramı məzunları Prezident mükafatı ilə təltif edilib

Dövlət Proqramı məzunları Prezident mükafatı ilə təltif edilib “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Rusiyanın və Avstriyanın nüfuzlu ali təhsil müəssisələrində mədəniyyət və incəsənət sahəsi üzrə təhsil almış bir qrup məzun “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə uğurlu səhnə fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin mükafatları ilə təltif edilib.
Təltif edilən DP məzunu incəsənət xadimlərindən Ceyla Seyidova Rusiyanın “Московская Государственная Консерватория им. П.И.Чайковского” ali təhsil müəssisəsində bakalavriat təhsil səviyyəsində “Mədəniyyət və incəsənət (Skripka)” ixtisası üzrə, Orxan Həşimov Rusiyanın “Московская Государственная Консерватория им. П.И.Чайковского” ali təhsil müəssisəsində bakalavriat təhsil səviyyəsində “Bəstəkarlıq” ixtisası üzrə və Tahir İbişov Avstriyanın “Universität für Musik und darstellende Kunst Graz” ali təhsil müəssisəsində bakalavriat təhsil səviyyəsində “Bəstəkarlıq (Musiqi nəzəriyyəsi)” ixtisası üzrə təhsil alıb.
Bu münasibətlə DP məzunlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Tehsil-press.az


Oxşar xəbərlər