
Almaniya hökumətinin başçısı indiki mərhələdə onun Kiyevə səfərinin mənasız olduğunu bildirib. Şoltsun sözlərinə görə, Ukraynanın Ştaynmayeri qəbul etməmək qərarı “onu (Şoltsu – AZƏRTAC) hövsələdən çıxarıb və hətta bir qədər əsəbləşdirib”.
“Yaxşı olardı ki, Kiyevdə Ştaynmayeri qəbul edəydilər”, - deyən Şolts daha sonra əlavə edib ki, münaqişə başlayandan bir neçə gün əvvəl o Kiyevdə olub və Prezident Zelenski ilə daim əlaqə saxlayır.
Tehsil-press.az