Azərbaycanda neçə pasportlaşan avtovağzal var?

Azərbaycanda neçə pasportlaşan avtovağzal var? Avtovağzallar şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil edilir. Hər bir avtovağzalın onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq pasportların verilməsini, habelə avtovağzallar (avtostansiyalar) tərəfindən bu Əsasnamənin tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət Avtomobil Nəqliyyatı Xidməti həyata keçirir.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti isə 44 avtovağzal və avtostansiya kompleksinə pasport verib.

Tehsil-press.az


Oxşar xəbərlər