Rusiyalı həmsədr amerikalı həmkarı ilə Qarabağı müzakirə etməkdən imtina edib

Rusiyalı həmsədr amerikalı həmkarı ilə Qarabağı müzakirə etməkdən imtina edib ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.
Bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında məlumat verilib.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etməyib”, - qeyd olunub.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub.

Tehsil-press.az


Oxşar xəbərlər